Meydana telefon atan azarkeşə 3 illik cəza

İngiltərə Premyer Liqasının 20-ci turunda "Norviç Siti" - "Tottenhem" matçında (2:2) ev sahiblərinin bir azarkeşinin meydana telefon atması cəzalanmasına səbəb olub.

Newsport.az-ın məlumatına görə, matçın ilk hissəsində baş verən hadisədən sonra polislər fasilədə meydana telefon atan şəxsi tapıblar. Həmin şəxsin 3 il ərzində "Norviç Siti"nin ev oyunlarını keçirdiyi "Kerrou Road" stadionuna girişinin qadağan edildiyi bildirilib.

"Norviç Siti" yaydığı bəyanatda azarkeşin belə davranışının klubun imicinə uyğun olmadığını qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right