"Bayern" Leroy Sanenin transferini bitirdi

Almaniyanın "Bayern" klubu "Mançester Siti"dən Leroy Sanenin transferini yekunlaşdırıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi "şəhərlilər"ə bu keçid üçün 110 milyon avro təzminat ödəyəcək. 23 yaşlı vingerin illik maaşı 18 milyon avro olacaq.

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right