"Arsenal" rekord transferi açıqladı

"Arsenal" "Lill"in vingeri Nikolas Pepenin transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, "topçular" Fil Dişi millisinin üzvüylə 5 illik müqavilə imzalayıb. Şimali London təmsilçisi keçid üçün 80 milyon avro təzminat ödənilib. Bu, klub tarixinin ən bahalı transferi olub.

2018-ci ildə "Arsenal" Dortmund "Borussiya"sından Pyer-Emerik Obameyanqı 63,75 milyon avroya transfer etməklə klub rekordu qırmışdı.

Bundan əlavə, Pepe ən çox təzminat ödənilən afrikalı futbolçu olub. Qitənin ən bahalı oyunçusu daha öncə "Lester Siti"dən "Mançester Siti"yə keçən Riyad Mahrez idi. "Şəhərlilər" əlcəzairli yarımmüdafiəçi üçün 67,8 milyon avro təzminat ödəmişdi.

 

"Lill" 24 yaşlı futbolçunu 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer etmişdi.

 

Image





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right