Mahir Emreli ilə bağlı ispanlardan növbəti iddia

İspaniya Sequnda təmsilçiləri - "Malaqa" və "Ekstremadura"nın transfer hədəfində olan "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı növbəti xəbər yayılıb.

 

Newsport.az grada3.com-a istinadən xəbər verir ki, 22 yaşlı forvard "Ekstremadura"ya keçməyə yaxındır. 

 

Klubun əsas transfer hədəfi Xuanxo Narvaes olsa da, onun keçidi baş tutmayıb. "Ekstremadura" bu səbəbdən alternativ variantlara baxır. Klub hücumun sol cinahına Mahiri almaq fikrindədir. Komandanın baş məşqçisi Manuel Moskera da bu keçidin tərəfdarıdır.

 

Azərbaycan millisinin üzvü ötən mövsüm 16 qolla Premyer Liqanın bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right