"Roma"dan 26 milyonluq transfer

İtaliyanın "Roma" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi "Atalanta"nın müdafiəçisi Canluka Mançinini transfer edib. İtaliya millisinin üzvünün keçidi üçün Berqamo təmsilçisinə 26 milyon avro təzminat ödənilib. 23 yaşlı futbolçu 5 illik müqaviləyə qol çəkib.

"Roma" bu yay daha öncə Amadu Diavara, Pau Lopes və Leonardo Spinatsolanı heyətinə qatıb.

"Atalanta" Mançini 2017-ci ildə "Perucia"dan 1,2 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right