Almaniyada qalmaqal: "Leyptsiq" "Ayntraxt"ı məhkəməyə verdi

Almaniyanın "Leyptsiq" klubu ölkənin digər komandası "Ayntraxt"ı məhkəməyə verib.

Newsport.az-ın məlumatına görə, Frankfurt klubu "Leypstiq"in internetdə 200 minə yaxın futbolçu barədə məlumatlar olan skout sisteminə icazəsi daxil olub.

Sistemə daxil olmaq üçün "Ayntraxt" bir hesabın parolunu ələ keçirib. Sistemə 22 ay ərzində 170 giriş olub və 5,500 futbolçuya baxılıb. 

"Ayntraxt" klubundan qəzetə verilən məlumatda bunlar deyilib:

"Klubumuz belə yola əl atmayıb. Sadəcə, U-17 komandasında çalışan bir rəsmi şəxs belə bir iş edib. Bundan xəbər tutan kimi, onu işindən azad etdik. Telefonu və kompüterinə müdaxil edildi. Klubun ofisindəki komptürlərdən "Leyptsiq"in skout sisteminə giriş olmadığı müəəyənləşdirilib. Həm də baxılan futbolçuların heç biri bizim klubumuza transfer edilməyib. Sadəcə, yeni transferimiz Rodriqo Salasar üçün 18 saniyəlik giriş olmuşdu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right