"Borussiya" İsveçrə millisinin üzvünü transfer etdi

Almaniyanın "Borussiya" (Münhenqladbax)  klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Bundesliqa klubu "Şalke"nin hücumçusu Bril Embolono transfer edib. 22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İsveçrə millisinin üzvünün transferi üçün "Şalke"yə 10 milyon avro təzminat ödənilib.

"Şalke" Embolonu 2016-cı il "Bazel"dən 26,5 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right