UEFA-dan BOS-a ən yüksək qiymət

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right