David Silva karyerasını hansı klubda başa vurmaq istəyir?

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu karyerasını "Las Palmas"da başa vurmaq istədiyini bildirib: "Mançester Siti" ilə 1 illik müqaviləm var. Hər zaman "Las Palmas"da oynamaq istədiyimi demişəm. Laryeramı orada başa vurmağı düşünürəm".

Kanar adalarında dünyaya göz açan 33 yaşlı yarımmüdafiəçi "Valensiya" yetirməsidir. İspaniya millisinin sabiq üzvü 2010-cu ildən "Mançester Siti"də çıxış edir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right