Gürcü futbolçu Emil Balayevə dəstək oldu: "Bir-birimiz üçün mübarizə aparırıq"

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayevə komandanın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri dəstək olub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Nika Premyer Liqanın 4-cü turunda “Aktobe”yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda səhvə yol verən Balayevi müdafiə edib:

“Əsas odur ki, qalib gəldik. Son dəqiqələrdə fərdi səhvdən qol buraxdıq. Ancaq futbolda belə şeylər olur, biz hamımız səhv edirik. Sadəcə, qapıçı səhvə yol verəndə, bu, tabloda öz əksini tapır və gözə daha çox dəyir. Bütün komanda olaraq Emili dəstəkləyirik. Biz kollektivik və bir-birimiz üçün mübarizə aparırıq. Uğurumuzun əsas səbəblərindən biri budur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right