Qazzayev: "Emil Balayevin yaxşı məktəb keçdiyi hiss edilir"

Qazaxıstan Premyer Liqasında yeni mövsümə start verilib. Millimizin qolkiperi Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "İrtış"a 3:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, "Tobol"un baş məşqçisi Vladimir Qazzayev sözügedən oyunda rəsmi debüt edən Emil Balayev barədə danışıb:

"Balayevin oyununu yüksək qiymətləndirirəm. Emilin qapıçı üçün gənc yaşı olsa da, çərçivədə inamlıdır. Onun yaxşı məktəb keçdiyi hiss edilir. Bu oyunda qapıda çox inamlı idi. Digər qolkiperimiz Sultan Busurmanov da yaxşı vəziyyətdədir. Hazırda iki əsas qapıçımız var. Gələcəkdə legioner limitiylə bağlı dəyişikliklər edə bilərik. Sultan da yaxşı hazırlıq keçib. Qazaxıstan futbolu üçün yaxşı gələcək vəd edən qapıçı olacağına inanıram. "İrtış" qarşısına daha yaxşı vəziyyətdə olan Emilə şans verdim. Emillə Sultana demişəm ki, hər ikinizə əsas qapıçı kimi baxıram".

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right