Lopeteqi "Real"dan 28 milyon tələb edir

"Real"ın sabiq baş məşqçisi Xulen Lopetegi Madrid klubunu məhkəməyə verib.

Newsport.az-ın məlumatına görə, o, müqaviləsinin pozulması qarşılığında klubdan kompensasiya olaraq 28 milyon avro tələb edir.

"Real" Xulen Lopetegini 2018-ci ilin oktyabrında istefaya göndərib. O, "kral klubu"nda cəmi 4 ay duruş gətirib. Lopeteginin rəhbərliyi altında paytaxt klubuı son 17 ildə ilk dəfə La Liqada 8-ci pillədən aşağı düşüb, son oyununda isə "Barselona"ya 1:5 hesabı ilə uduzub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right