"Qalatasaray" 4 qolla uduzub, yarımfinala çıxdı

Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Qalatasaray" səfərdə I Liqa təmsilçisi "Hatayspor"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda 2:0 üstün olan İstanbul klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.

Türkiyə Kuboku

1/4 final (cavab oyunu)

"Hatayspor" - "Qalatasaray" - 4:2

Qollar: Karadeniz, 59 (pen.), 71 (pen), Aydın, 79, Çipe, 87 (öz qapısına) - Çelik, 21, Akbaba, 53

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right