Emeri Suaresi "Arsenal"a gətirir

"Arsenal" "Barselona"nın futbolçusu Denis Suaresi heyətinə qatmaq üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, London klubunun çalışdırıcısı Unai Emeri "Sevilya"da rəhbərliyi altında çıxış etmiş 24 yaşlı yarımmüdafiəçini yenidən sərəncamında görmək istəyir. Kataloniya klubunda az şans qazanan ispan futbolçu "topçular"da oynamağa müsbət yanaşır.

Qeyd edək ki, Suares "Selta"nın yetirməsidir. O, 2011-ci ildə "Mançester Siti"yə transfer olsa da, əsas komandada möhkəmlənə bilmədi. Denis "Sevilya" və "Vilyarreal"da da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right