"Milan"dan 35 milyon avroluq transfer

"Milan" qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Braziliyanın "Flamenqo" klubundan Lukas Paketanı transfer edib. 21 yaşlı futbolçunun keçidi 35 milyon avroya başa gəlib. Pleymeykerlə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Paketa ötən ildən Braziliya millisinə dəvət alır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right