"Barselona" Çindən 50 milyon avroluq təklif aldı

"Barselona"nın yay transferi Malkon Kataloniya klubundan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, braziliyalı vinqerlə "Everton" klubu maraqlanır. Liverpul təmsilçisi bu keçid üçün rəsmi təklifə hazırlaşır.

Gənc futbolçunun transferi üçün Çinin "Quançjou Everqrand" klubu 50 milyon avroluq təklif ünvanlayıb. Kataloniya təmsilçisi təkliflərdən sonra yekun qərar verəcək.

Xəbərdə qeyd edilib ki, Malkon "Barselona"da qalmağı düşünür.

Qeyd edək ki, 21 yaşlı futbolçu yayda "Bordo"dan 40 milyon avro qarşılığında "Barselona"ya üz tutmuşdu. O, La Liqada cəmi 97 dəqiqə oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right