"Milan" Qattuzonu qovur

"Milan" baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərir.

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi A Seriyasının 19-cu turunun SPAL-la oyunundan sonra 40 yaşlı çalışdırıcı ilə yollarını ayıracaq. Çünki hələ ötən tur "Frazinone" ilə matçdan (0:0) əvvəl gənc mütəxəssisə qış fasiləsinə qədərki son iki matçda 6 xal qazanmayacağı təqdirdə qovulacağı barədə məlumat verilmişdi. Bu isə o deməkdir ki, "Milan" SPAL-ı məğlub etsə belə, bu, Qattuzonun istefaya göndərilməsinə mane olmayacaq.

Qeyd edək ki, Qattuzo 2017-ci ilin noyabrından "Milan"ı çalışdırır. Hazırda komanda 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right