"Mançester Yunayted" qapıçısı ilə yeni müqavilə imzaladı

İngiltərənin "Mançester Yunayted" klubu əsas qapıçısı David de Xeanın müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı qolkiper daha bir il İngiltərə təmsilçisinin uğurları üçün çalışacaq. İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2020-ci ilin yayına qədər "Mançester Yunayted"də çıxış edəcək.

Qeyd edək ki, David de Xeanın klubu ilə hazırkı müqaviləsi 2019-cu ilin yayında başa çatır. O, 2011-ci ildən "Mançester Yunayted"də forma geyinir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right