Dadaşov mövsümdə 7-ci qolunu vurdu

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Zonnenhof Qrossaşpax”a 1:3 hesabı ilə uduzub.

Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının yeganə qolunu da Dadaşov vurub. 28 yaşlı futbolçu 54-cü dəqiqədə fərqlənib. Bu, onun Bundesliqada 15-ci oyunda 7-ci qolu olub.

Dadaşovun komandası 15 turdan sonra 26 xalla 2-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right