"Qarabağ" yaxşı futbol oynadı" - Luiş Nani

"Çətin qələbə oldu. Çünki rəqibimiz yaxşı futbol oynadı".

Newsport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Luiş Nani deyib.

İlk qolun ötürməsini deyən verən 31 yaşlı ulduz futbolçu bunun üçün xoşəxt olduğunu qeyd edib: "Komandanın 3 xal qazanmasında kömək olduğum üçün xoşbəxtəm. Biz doğru yoldayıq, belə davam etməliyik".

Nani qrupda "Arsenal"ı favorit sayır: "Şüurumuzda belə formalaşıb ki, "Arsenal" qrupun favoritidir. Bu, həqiqətən də belədir. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Amma bizim asan təslim olmaq fikrimiz yoxdur. "Arsenal"la oyunlarda 6 xalı hədəfləyirik. Bu oyunlarda hər şey baş verə bilər. Müasir futbolda favorit anlayışı qalmayıb".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right