"Beşiktaş" daha bir sabiq futbolçusunu məhkəməyə verdi

"Beşiktaş"ın prezidenti Fikrət Orman klubun sabiq futbolçusu Nihat Kahvecini məhkəməyə verib.  

Newsport.az-ın məlumatına görə, buna səbəb Türkiyə millisinin keçmiş üzvünün sosial şəbəkə hesabında Fikret Ormanın əleyhinə çıxış etməsidir.  Klub prezidentinin vəkili Mete Meneşke İstanbul məhkəməsinə müraciət edib və Kahvecidən şikayətçi olduqlarını bildirib. 

Qeyd edək ki, "Beşiktaş" klubu bir müddət öncə sabiq futbolçusu Oktay Derelioğlunu da eyni səbəbdən məhkəməyə verib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right