"Barselona" futbolçusunu icarəyə verdi

"Barselona" yarımmüdafiəçisi Rafinya Alkantaranı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçunun agenti və atası Mazinyo "Real Betis" rəhbərliyilə görüşüb. Danışıqların müsbət tamamlandığı bildirilir. 25 yaşlı futbolçu əndəlüsiyalılarda 1 illik icarə əsasında çıxış edəcək. Keçidin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Rafinya "Barselona"nın yetirməsidir. O, son mövsümü icarə əsasında "İnter"də oymayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right