"Qarabağ"ın rəqibi fransız futbolçu alır

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE heyətini gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Borisov təmsilçisi "Neman" klubunun yarımmüdafiəçisi Erven Mukamı transfer etmək istəyir. Bir müddətdir Kamerun əsilli fransız futbolçuyla maraqlanan BATE-nin yaxın günlərdə qarşı tərəfə təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, "Qarabağ"la BATE arasında cavab oyunu sabah "Borisov-Arena"da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda belaruslular 1:0 hesablı qələbə qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right