"Qarabağ"ın qapıçısı üçün yeni baş məşqçi

İslandiya millisinin yeni baş məşqçisi bəlli olub.

Newsport.az-ın məlumatına görə, komandanın "sükanı arxasına" Erik Hamren keçib. 61 yaşlı mütəxəssis bu vəzifədə Heymir Hadlqrimssonu əvəz edib.

Hamren son olaraq İsveç millisini çalışdırıb (2009-2016). İsveçli mütəxəssis 2008-2010-cu illərdə Norveçin "Rusenborq" klubunun baş məşqçisi olub. Hamrenin rəhbərliyi altında "Rusneborq" 9 il öncə Avropa Liqasında "Qarabağ"a gözlənilmədən uduzaraq, (0:0 / 0:1) mübarizəni dayandırmışdı. Həmin qələbə Qurban Qurbanovun "Qarabağ"la avrokuboklarda ilk qalibiyyəti kimi tarixə düşüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right