Sabiq "Qarabağ"lının əvəzinə Keysuke Honda

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Hondanın yeni komandası bəlli olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı vinger karyerasını Avstraliyada davam etdirəcək. Honda A Liqasında çıxış edən “Melburn Viktori” klubu ilə 1 illik müqavilə bağlayıb.

Yaponiyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna transfer edilən "Qarabağ"ın sabiq oyunçusu Leroy Corcun əvəzinə alınıb.

Qeyd edək ki, Keysuke Honda "Venlo", ÇSKA, "Milan" və "Paçuka" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right