"Qarabağ"da ciddi itki Yeni transferi ilk oyunu buraxacaq

“Qarabağ”ın yeni transferi Hannes Halldorsson Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə ilk oyunu buraxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə islandiyalı qapıçı ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə oyuna 2 gün qalmış məşqdə zədələnib:

“Xorvatiya ilə matçdan əvvəl qasığımdan zədə aldım. Oyun vaxtı isə ağrılarım lap artdı. “Olimpiya” ilə Sloveniyadakı matçı buraxacam. Ancaq cavab görüşündə oynayacağıma inanıram”.


Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right