“Çelsi” “Barselona”nın 56 milyon avroluq təklifini rədd etdi

“Çelsi” “Barselona”nın braziliyalı yarımmüdafiəçi Villian üçün etdiyi təklifi rədd edib.

Newsport.az-ın məlumatına görə, İspaniya nəhəngi 29 yaşlı Villian üçün “Çelsi”yə 56 milyon avro təklif edib.

Amma “Barsa” rəsmiləri futbolçunun meneceri ilə razılığa gəlsələr də, “Çelsi” rəhbərliyi bu transferin baş tutmasını istəməyib.

“Barselona” Andres İnyestanın klubdan ayrılmasından sonra Felippe Koutinyonun yanına onun həmyerlisi Villianı gətirmək istəyir.

Katalonlar bununla yarımmüdafiə xəttini ikiqat gücləndirməyi düşünürlər. Ancaq “Çelsi” Villianı “Barsa”ya satmaq istəyində deyil.

Villianın xidmətində “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo da maraqlıdı. MY-nin Villiana görə “Çelsi”yə daha yüksək məbləğ təklif edəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right