Rud Van Nisterloy baş məşqçi təyin olundu

Hollandiya milli komandasının keçmiş üzvü Rud Van Nisterloyun yeni iş yerinin adı bəlli olub.  

Newsport.az-ın məlumatına görə, veteran futbolçu baş məşqçisi kimi fəaliyyət göstərəcək.

2014-cü ildən məşqçiliyə başlayan veteran oyunçu PSV klubunda çalışacaq. O, karyerası ərzində oynadığı klubunun 19 yaşlılardan ibarət komandasının baş məşqçisi vəzifəsində çalışacaq.

Nisterloy karyerasını 2012-ci ildə İspaniyanın “Malaqa” klubunda başa vurub.  Rud karyerası ərzində “Den Boş”, “Heerenveen”, PSV, “Mançester Yunayted”, “Real” (Madrid) və “Hamburq” kimi komandalarda çıxış edib. 

Hollandiya millisində köməkçi-məşqçi kimi çalışmış Nisterloy, 2016-cı ildən PSV-də işə başlayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right