Roberto Martines: "Dünya çempioatında asan oyun yoxdur"

Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-in G qrupunda Panamaya qalib gəldikləri (3:0) oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 44 yaşlı ispan mütəxəssis DÇ-də bütün oyunların çətin keçdiyini deuib:

"Dünya çempioatında asan oyun yoxdur. İlk hissədə çətinlik çəksək də, fasilədən sonrakı oyunumuzdan razı qaldım. Üstəlik, qol buraxmamağımız məni daha razı saldı. Mertensin möhtəşəm qolu bizim üçün vacib idi. Turnirdə 90 dəqiqə ərzində layiqli mübarizə aparmaq lazımdır, bir an belə boşalmaq olmaz".

Belçika növbəti turda Tunislə qarşılaşacaq. Oyun iyunun 23-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right