Koutinyodan etiraf: "Çətin idi"

DÇ-2018-in ilk oyununda İsveçrə ilə 1:1 hesablı heç-heçə edən Braziliya millisinin yarımmüdafiəçisi Filippe Koutinyo açıqlama verib.

Newsport.az-ın məlumatına görə, komandasının yeganə qoluna imza atan 26 yaşlı futbolçu İsveçrənin müdafə xəttini yarmaqda çətinlik çəkdiklərini deyib:

"Bəzən rəqiblərin oyununu qəbul etmək lazımdır. Müdafiə xəttlərini yarmağa çalışırdıq, amma çətin idi. Oyun ərzində bir neçə yaxşı hücum təşkil etdik. Növbəti oyunlarda bunu unutdurmalıyıq. Yaxşı oynamaq və qalib gəlmək üçün iki oyunumuz var. Qalib gəlmək istəsək də, alınmadı".

Braziliya qrupda növbəti oyununu Kosta-Rikaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right