Türkiyə millisinin üzvü rəsmən La Liqa klubunda

“Trabzonspor”un futbolçusu Okan Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Selta”da çıxış edəcək. Klubun rəsmi saytı Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Yokuşlu 2015-ci ildən “Kayserispor”dan “Trabzonspor”a transfer olunmuşdu. Həmin vaxtdan Türkiyə millisinə də dəvət alan futbolçu 11 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right