İtaliya Super Kuboku oyunu Səudiyyə Ərəbistanında keçiriləcək

“Yuventus” və “Milan” arasında keçiriləcək İtaliya Super Kuboku uğrunda görüşün harda baş tutacağı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Səudiyyə Ərəbistanında keçiriləcək. 

Bu barədə məlumatı “Calciomercato” yayıb. Xəbərdə matçın gələn ilin yanvarında baş tutacağı vurğulanıb. İtaliya Futbol Federasiyası görüşün Səudiyyə Ərəbistabında keçirilməsinə görə 7 milyon avro qazanacaq ki, bu məbləğin də 45 faizi oyunun iştirakçılarına çatacaq.

Qarşılaşmanın keçiriləcəyi məkan və vaxtın yaxın günlərdə müəyyənləşəcəyi deyilir.

Mərdan HƏSƏNOV





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right