"Azərbaycan bizdən daha yaxşı təsir bağışladı"

Qazaxıstanın U-21 millisinin və "Astana"nın futbolçusu Yuri Pertsux azərbaycanlı həmyaşıdları ilə yoxlama oyunundan (1:1) sonra ölkəsinin mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, yığmamızın oyunçularının daha yaxşı təsir bağışladığını bildirib.

- Oyun necə keçdi?

- Bizə sürət çatmadı, ləng hərəkət edirdik, xüsusilə ilk hissədə. Əlbəttə, çalışırdıq, ancaq həlledici mərhələdə çatışmazlıq olurdu. Cavab qolunu vurmağa layiq idik. Buna görə də heç-heçə ədalətli nəticədir.

- Rəqib bu gün sizi nə qədər təəccübləndirdi?

- Azərbaycanlılar bizdən daha yaxşı təsir bağışladı. Onlar xüsusilə, ilk hissədə daha çox qaçdılar.

- Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov və "Astana"nın yeni çalışdırıcısı Roman Qriqorçuk matçda idilər. Bu, əlavə motivasiya idi?

- Əlbəttə, bilirdim ki, bu gün oyunda məşqçilər və futbol mütəxəsssisləri olacaqlar. Ancaq məhz kimin olmağına əhəmiyyət vermirdim. Əlbəttə, millinin baş məşqçisi və "Astana"nın yeni çalışdırıcısı tərəfindən diqqət olması məsuliyyət, motivasiya verir.

- Sabah Qazaxıstanın və Azərbaycanın əsas yığmaları "Astana Arena"da meydana çıxacaqlar. Oyuna proqnozun necədir?

- Əminəm ki, millimiz  qələbə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right