Amit Quluzadə Kosovo çempionu oldu

Kosovo çempionatında mövsümə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, mövsümün həlledici oyunu 33-cü tur çərçivəsində azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” ilə “Priştina” arasında baş tutub. Son tura lider kimi daxil olan Quluzadənin komandasına əsas izləyicisi ilə görüşdə çempionluğu təmin etmək üçün heç-heçə də kifayət edirdi. Qarşılaşma qolsub başa çatıb.

Bu nəticə ilə xallarının sayını 67-yə çatdıran “Drita” ölkə çempionu olub. “Priştina” isə 64 xalla 2-ci pilləni tutub.

Qeyd edək ki, Amit Kosovo klubunda bu ilin yanvar ayından etibarən çıxış edirdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right