Millimizin sabiq hücumçusu yeni klubunda debüt etdi

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada özünə yeni klub tapıb.

Newsport.az xəbər verir ki, azərbaycanlı forvard I Liqada mübarizə aparan “Dauqavpils/Proqress” komandasında çıxış edəcək.

Latviyada yeni mövsümə start verilib və ilk turun oyunları keçirilib. “Dauqavpils” doğma meydanda “Supernova” ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.

Vüqar start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 63-cü dəqiqədə məhz Əsgərov vurub.

Qeyd edək ki, Vüqar Əsgərov ötən mövsümü “Olayne”də keçirib. Hücumçu mövsümü 21 qolla başa vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right