"Qəbələ"nin sabiq futbolçusu baş məşqçini təhqir etdi VİDEO

"Reyncers" klubunun şərəfini qoruyan "Qəbələ"nin sabiq futbolçusu Endi Hallidey Şotlandiyada qalmaqala səbəb olub.  

 

Newsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ölkə kubokunun yarımfinalında "Seltik"lə görüşün 40-cı dəqiqəsində əvəzlənməsinə sərt şəkildə etiraz edib. O, 0:2 hesabıyla uduzarkən əvəzlənməsinə kəskin şəkildə etiraz edib və baş məşqçi Qrem Mertinin üzərinə şığıyaraq, təhqiramiz ifadələr işlədib.

 

Hallideyi komanda yoldaşı Bruno Alveş sakitləşdirib.

 

Qeyd edək ki, 27 yaşlı oyunçu mövsümün ilk yarısında "Qəbələ"də icarə əsasında çıxış edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right