"Mən onu "Qəbələ"yə aldadıb aparmışdım"

"Hazırda Slovakiyanın "Nitra" klubunda çıxış edən Pavol Farkaşı "Qəbələ"yə aldadıb aparmışdım".

Newsport.az-ın məlumatına görə, bunu moldovalı sabiq futbolçu Denis Zmeu "Pro Sport"a açıqlamasında deyib.

Keçmiş yarımmüdafiəçi bildirib ki, karyerasını 28 yaşında bitirməsinin ardından agent olmaq cəhdi uğursuzluqla nəticələnib:

"Futbolu başa vurduqdan sonra vasitəçi rolunu oynamağa cəhd etdim. Bu işlə məşğul olduğum iki ay ərzində gördüm ki, bu, mənim işim deyil.

Vasitəçi qismində çalışırsansa, iyrənc olmalı, oyunçuları aldatmalısan. Mən də Farkaşı hansısa yolla aldatmışdım".

Farkaş "Qəbələ"də 2014-2015 mövsümündə forma geyinib. O, vaxtilə Rumıniya "Vasluy"unda Denis Zmeu ilə birgə çıxış edib. Hazırda Zmeu fiziki hazırlıq üzrə məşqçi kimi çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right