Əmrə Mor "Beşiktaş"a gəlir

“Beşiktaş” mövsümün sonunda Əmrə Moru heyətinə qatmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, “qara-qartallar” hazırda İspaniyanın “Selta” klubunda çıxış edən 20 yaşlı futbolçunun meneceriylə  danışıqlara da başlayıb.

Ötən mövsüm “Borussiya Dortmund”dan “Selta ”ya keçidi rəsmiləşən yarımmüdafiəçinin klubda yetəri qədər şans qazanmadığı üçün bu keçidə isti yanaşdığı da söylənilir.

Qeyd edək ki, İspaniya təmsilçiləri Əmrəni 2017-ci ildə 13 milyon avro qarşılığında transfer etmişdilər. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right