"Millidə doğru sistem yaratmaq niyyətindəyik" "Qarabağ"ın futbolçusu

"Bolqarıstan millisi üzərində qələbə qazandıq. Öz oyunumuzdan razıyıq".

Newsport.az saytının məlumatına görə, bu sözləri Bosniya və Herseqovina millisinin üzvü İbrahim Şehiç deyib. 

"Qarabağ"ın futbolçusu milli komandanın heyətində Bolqarıstana qalib gəldikləri matçdan danışıb. O, minimal hesablı qələbə qazanmaqlarına baxmayaraq, səhvlərinin olduğunu deyib: "Səhvlərimiz çox olsa da, qalib gəlməyi bacardıq. Millidə doğru bir sistem yaratmaq niyyətindəyik. Bir neçə yoxlama oyununa ehtiyacımız var, bundan sonra oyun sistemimizi tapacağıq".

Qeyd edək ki, İbrahim Şehiç Bolqarıstanla matçda 90 dəqiqə meydanda olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right