“Mən kral yox, tanrıyam”

Şalke”nin müdafiəçisi Benjamin Stambuli PSJ-də oynadığı vaxtda Zlatan İbrahimoviçlə aralarında keçən maraqlı dialoqdan danışıb.

Newsport.az xəbər verir ki, fransız futbolçu ölkəsinin mətbuatına açıqlamasında hazırda "Mançhester Yunayted"in şərəfini qoruyan İbrahimoviçi "dəli” adlandırıb: 

“Bir dəfə fizioterapiyada birlikdə idik. Televizyada xəbərlər gedirdi. Onun barəsində danışırdılar. Məndən tərcümə etməyimi istədi. Onun Parisin kralı olduğundan bəhs etdiklərini dedim. Bu ifadədən məmnun qalacağını düşünmüşdüm. Ancaq tam əksinə oldu. Çox əsəbləşdi və qışqıraraq “Mən kral yox, tanrıyam” dedi. İbrahimoviç əsl dəlidir”.

Qeyd edək ki, Stambuli 2016-cı ildə PSJ-dən “Şalke”yə transfer olub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right