Məşhur idman kanalı fəaliyyətini dayandırdı

Türkiyənin “NTV Spor” kanalı fəaliyyətini dayandırıb. 

Newsport.az xəbər verir ki, telekanal “Fənərbaxça” - “Qalatasaray” matçından sonra efirə gedən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.

“NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.

Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi. Beləliklə, telekanalın ömrü düz 10 il sürüb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right