Çempionlar Liqasında iki oyunun hakim təyinatları açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsində martın 14-də keçiriləcək iki cavab oyununun hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, “Beşiktaş” -  “Bavariya”  matçı ingiltərəli FİFA referisi Maykl Oliverə həvalə edilib. Bu cütün ilk görüşündə Münhen təmsilçisi 5:0 hesablı qələbə qazanıb

“Barselona” – “Çelsi” qarşılaşmasında isə ədalət sahibi Damir Skomina olacaq. Bu cütün ilk oyununda isə qalib bəlli olmayıb - 1:1.

“Beşiktaş” – “Bavariya” matçı Bakı vaxtı ilə 21:00-da, “Barselona” – “Çelsi” oyunu isə 23:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right