Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?

"Qarabağ"dan ayrılan Dino Ndlovunun Çinin "Xançjou Qrintaun" klubuna keçidi rəsmiləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, yeni komandası ilə bütün məsələlərdə razılığa gələn Cənubi afrikalı hücumçu yaxın günlərdə 2 illik rəsmi müqaviləyə qol çəkəcək. "Xançjou Qrintaun" klubunun ən geci bu həftə Ndlovunu təqdim edəcəyi vurğulanıb. Müqavilənin maliyyə tərəfləri açıqlanmasa da, təcrübəli forvardın Çin Superliqasında ən çox qazanan afrikalı futbolçulardan biri olacağı bildirilir.

Qeyd edək ki, "Qarabağ"ın Ndlovunu 750 min avro qarşılığında Çin klubuna satdığı iddia olunur





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right