"Bu isə, artıq hər şeyin başa çatması deməkdir” Joze Mouriniyo

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Çelsi”nin çalışdırıcısı Antonio Konte ilə aralarında baş verən münaqişə aydınlıq gətirib.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Britaniyanın "The Sun" nəşrinə danışan portuqaliyalı çalışdırıcı, Kontenin bu məsələdə həddini aşdığını deyərək, ona nifrət etdiyini bildirib:

“Əgər biri səni təhqir edirsə, iki yolun var, ya cavab verməlisən, ya da susmalısan. Mən ikincini seçdim və cavabım Konteyə bərk toxundu. O, məni növbəti dəfə təhqir etdi və hal-hazırda ona nifrət edirəm. Bu isə, artıq hər şeyin başa çatması deməkdir”.

Qeyd edək ki, hər iki mütəxəssis arasında münaqişə yanvar ayının əvvəlindən başlayıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right