"DÇ-2018-də İspaniyadan güclü kollektiv yoxdu" Xabi Alonso

İspaniya millisinin sabiq üzvü Xabi Alonso yığmanın DÇ-2018-dəki şansları haqda danışıb.

Newsport.az xəbər verir ki, Alonso İspaniyanın “Marça” qəzetinə verdiyi  açıqlamasında gələn il Rusiyada təşkil ediləcək mundialda İspaniya millisindən güclü komanda görmədiyini deyib: “Dünya çempionatında İspaniya millisindən güclü komanda görmürəm. Almaniya və Braziliya milliləri baxımlı oyun sərgiləyə bilərlər, lakin bu komandalar da yığmamızı üstələyə bilməzlər. Əlbəttə, dünya çempionatında uğur qazanmaq ciddi bir vəzifədi, ancaq bu işi yerinə yetirmək üçün bəxt amili də əsasdı. Şans üzünüzə gülsə, daha da irəli gedəcəksiz, əks halda isə evə qayıdacaqsız. Ancaq bizim komanda barədə məndə yaxşı təəssürat formalaşıb”.

Qeyd edək ki, 36 yaşlı ispaniyalı futbolçu 2014-2017-ci illər mövsümündə "Bayer Münhen"də çıxış edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right