Kamran Ağayevli "Mlada Boleslav" darmadağın oldu

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Çexiya çempionatında növbəti matçına çıxıb.

Newsport.az saytının məlumatına görə, boleslavlılar səfərdə “Dukla” ilə qarşılaşıb.

90 dəqiqə meydanda olan Ağayev bu görüşdə 4 dəfə topu tordan çıxarmalı olub. Qarşılaşma praqalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, geridə qalan 15 turdan sonra “Mlada Boleslav” 17 xalla 10-cu pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right