Oyunçular etiraz əlaməti olaraq oturdular Foto

Serbiya çempionatında maraqlı hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, “Spartak”la “Boraç” arasında keçirilən qarşılaşmada, qonaqlar hakimə maraqlı şəkildə etiraz ediblər.

Qarşılaşmanın 42-ci dəqiqəsində referi “Boraç”ın qapısına penalti təyin edib və 2 futbolçusunu etirazlara görə meydandan qovub. Bundan sonra digər futbolçular meydanda yerə oturaraq hakimə bu yolla etirazını bildiriblər. 15 dəqiqə vəziyyət belə davam etsə də, daha sonra  oyun bərqərar olub. Oyunda maraqlı hadisələr 2-ci hissədə də cərəyan edib. Qonaqların qapıçısı hər dəfə topu tutanda onu meydançanın kənarına vurub.

Qeyd edək ki, “Mançester Siti”nin skautlarının da izlədiyi oyunda “Spartak” 3:1 hesabı ilə qalib gəlib. 

Hakimə etiraz edib, meydanda yerə oturdular





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right