Kehill "Qarabağ"la oyun öncəsi Bakıdakı səfər haqda fikirlərini bildirib

"Qarabağ"ın Çempionlar Liqasınnın qrup mərhələsindəki rəqibi, "Çelsi" klubunun kapitanı Qari Kehill açıqlama verib.

Newsport.az xəbər verir ki, londonluların təcrübəli müdafiəçisi komandasının son zamanlar qənaətbəxş çıxışı haqda danışıb.

Jurnalistlərə verdiyi açıqlamada o, "Roma"ya 3-0 məğlubiyyətdən sonra, artıq özümüzə gəlmişik. Güzgüyə baxdıqda performansımızdan utanırdıq. Ancaq daha sonra Premyer Liqada 4 qələbə qazandıq. İndi hər şey yaxşıdı" deyib.

Kehill "Qarabağ"la oyun öncəsi Bakıdakı səfər haqda da fikirlərini bildirib. "Yaxşı sürət yığmışıq və indi Çempionlar Liqasına qayıdırıq. Bilirik ki, bizə qələbə lazımdır. Növbəti mərhələyə vəsiqə üçün bu, vacibdi. Biz özümüzə inanmalıyıq. Hər şey öz əlimizdədi".

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right