Həmyerlimiz dubl etdi, komandası qələbə qazandı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları baş tutub.

 

Newsport.az xəbər verir ki, millimizin də şərəfini qoruduğu hücumçu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) doğma azarkeşlər önündə  “Lok Leyptsiq”i qəbul edib. 4 qolun vurulduğu matçda Dadaşovun komandası sevinən tərəf olub.(3:1)

 

Start heyətdə meydana çıxan həmyerlimiz sonadək oynayıb. 28-ci dəqiqədə penaltidən hesabı açan Rüfət matçın 44-cü dəqiqəsində hesabı 2:0 edib.

 

Qeyd edək ki, "Dinamo" hazırda 29 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right