"Barselona"nın futbolçusu millidə oynamaq üçün müraciət edib

Müqavilə ilə "Barselona"ya məxsus olan, ancaq  La Liqanın digər təmsilçisi "Alaves"də icarə əsasında çıxış edən Munir El Haddadi Mərakeş millisində forma geyinmək istədiyini açıqlayıb.

Newsport.az xəbər verir ki, 22 yaşlı Mərakeş əsilli hücumçu İspaniya yığmasında çıxış etməsinə baxmayaraq, DÇ-2018-ə vəsiqə qazanan Mərakeş millisində oynamaq üçün federasiyaya müraciət etdib. Mərakeş Futbol Federasiyası məsələ ilə bağlı FİFA-ya məktub ünvanlayıb.

Mərakeş mətbuatında yer alan mətbuata görə, federasiya müsbət cavab almasa, Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right